"İnter Mayami"nin həmsahibi Devid Bekhem Lionel Messi haqda maraqlı fikirlər səsləndirib.

Offsideplus.az "Goal"a istinadən xəbər verir ki, iş adamı bunları söyləyib:

"O, akademiyadan gəlmiş gənc futbolçuları yetişdirməkdə peşəkardır. Heç bir futbolçuya özündən aşağılıq duyğusunu hiss etdirmir. O, məşq meydançasında qalaraq gənclərə dərs deyəcək və akademiya uşaqlarının oyununu izləyəcək bir oyunçudur".

Qeyd edək ki, Leo 2023-cü ilin yayından MLS təmsilçisi "İnter Mayami"də çıxış edir.