Cordan Semedonun yeni klubunun adına aydınlıq gəlib.

Offsideplus.az xəbər verir ki, 21 yaşlı futbolçu karyerasını "Slaviya" (Sofiya) klubunda davam etdirəcək.

Sözügedən klubun mətbuat xidməti bu haqda məlumat yayıb.

Qeyd edək ki, "Transfermarkt" internet-portalı 21 yaşlı müdafiəçinin transfer dəyərini 600 min avro məbləğində qiymətləndirir.