UEFA İspaniya millisinin üzvləri Rodri və Alvaro Moratanı cəzalandıra bilər.
Offsideplus.az xəbər verir ki, buna səbəb onların çempionluğu qeyd edərkən Cəbəllütariqə ərazi iddiası edən mahnı oxumasıdır.
Buna görə də adıçəkilən ölkə UEFA-yə şikayət edib. Hazırda araşdırma gedir və qurum yaxın günlərdə qərarını açıqlayacaq.
Xatırladaq ki, ispanlar qitə turnirinin finalında İngiltərəyə 2:1 hesabı ilə qalıb gəlib.