"Sabah" bu gün Misli Premyer Liqasının 11-ci turu çərçivəsində "Neftçi"nin qonağı olub.

 Offsideplus.az xəbər verir ki, gərgin keçən matç "bayquşlar"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Sabah" qarşılaşmadan sonra "ağ-qaralar"a atmaca atmağı da unutmayıb.

Belə ki, "Neftçi" ötən tur "Səbail"lə oyundan əvvəl "korvalol" dərmanı olan promo video paylaşmışdı.

"Sabah" isə Mutunun komandasına "Matrix" filmindən bir səhnəni paylaşaraq, daha bir "korvalol" məsləhət görüb.