"Qəbələ"dən ayrılaraq Kiprin "Enosis" klubuna keçən Stefan Vukçeviç Offsideplus.az-a açıqlama verib.

25 yaşlı monteneqrolu yarımmüdafiəçi əyalət təmsilçisi ilə yeni müqavilə bağlamaması barədə danışıb:

"Qəbələ"nin yeni şərtləri məni razı salmadı və komandadan ayrıldım. Düşünürəm ki, daha çox pulu haqq edirdim. Amma hər zaman "Qəbələ"yə böyük sevgim olacaq. Ora mənim evim kimidir. Orada yaxşı insanlar var. Azərbaycanda iki gözəl mövsüm keçirdim. Bundan sonra bütün fikrimi gələcək karyerama yönəldəcəm".

Cavid Əliyev