Niderland millisinin sabiq üzvü Aryen Robben marafonda iştirak edib.
Offsideplus.az "Daily Maily"ə istinadən xəbər verir ki, veteran futbolçu Rotterdamda keçirilən marafonda məsafəni 3 saat 13 dəqiqə 57 saniyəyə qaçıb.
O, 42 km qaçıb.
Qeyd edək ki, Robben karyerası ərzində PSV, "Çelsi", "Real" və "Bavariya" kimi önəmli klubların şərəfini qoruyub.