ABŞ-ın Las Veqas şəhərində xidmət göstərən restoranlardan biri beynəlxalq buz hokkeyi liqası olan NHL-də mübarizə aparan "Vegas Golden Knights" komandasını sevindirəcək açıqlama yayıb.

Offsideplus.az xarici mediaya istinadən xəbər verir ki, həmin restoran komandanın çempion olacağı təqdirdə, onlara bir gecə ərzində sərhədsiz xidmətlər göstərəcəklərini bəyan edib. Belə ki, bütün xidmətlər idmançılara pulsuz olacaq. Restoranın sahibi olan Dena adlı qadın onların çempionluqlarını öz qalibiyyətlərini hesab edəcəklərini bildirib:

"Onlar qazanarsa, hamımız qazanmış olarıq. İdmançılara görə, əlimizdən gələn hər şeyin iki qatını etməyə hazırıq və bundan şərəf hissi duyuruq".

Dena hətta, həmin gecə hər idmançıya 2 qızın xidmət göstərəcəyini bildirib.