Yurgen Klopp ilin ən yaxşı məşqçisi seçilməsi ilə bağlı açıqlama verib.

Offsideplus.az xəbər verir ki, "Liverpul"un baş məşqçisi bu ada layiq görüləcəyini gözləmədiyini etiraf edib: “Mənə səs verən hər kəsə minnətdaram. Açığı, bir az təəccüblü gəldi, bunu gözləmirdim. Çünki Hans-Diter Flik bu il bütün titulları qazanıb. Əlbəttə, şadam. Bu, mənim və məşqçi heyətimiz üçün xüsusi bir hadisədir. Məndən “dünyanın ən yaxşı məşqçisi sənsən” deyə soruşsaz, “xeyr” deyərəm. Mən, sadəcə, ən yaxşı məşqçilərin əhatəsindəyəm”.