Patris Evra özündən çıxıb.

Offsideplus.az xəbər verir ki, buna səbəb vaxtilə Fransa millisində çiyin-çiyinə oynadığı Olivye Jirunun tənqid olunması və haqqında söylənilən mənfi fikirlərdir. Evra həmyerlisi haqda bunları deyib: "Jirunun yeganə problemi adıyla bağlıdır. Adı Jiru yox, Jirudinyo, ya da buna bənzər bir şey olsaydı, daha çox qiymət verərdilər. Bu dəqiqə "Çelsi"də olan hücumçular arasında onu ən yaxşı hesab edirəm. "Çelsi" bir tərəfə, hətta Fransa yığmasında da onun oyun stilina şübhə ilə yanaşırlar. Vaxtilə "Arsenaı"da çıxış edəndə də daim müzakirə olunurdu. Məşqçi olsaydım, Jiru 100 faiz mənim komandamda olar və oynayardı. Bütün bunlara baxmayaraq, hər dəfə adı müxtəlif komandalarla yanaşı şəkilir".

Qeyd edək ki, Evrayla Jiru 2011-16-cı illər aralığında Fransa millisində komanda yoldaşı olublar.