"Liverpool"un və Misir millisinin hücumçusu Məhəmməd Salah xeyirxah addımla gündəmə gəlib.

Offsideplus.az xəbər verir ki, 27 yaşlı futbolçu, koronavirus pandemiyası səbəbiylə ölkəsinə maddi yardım edib.

Salah pandemiya ilə mübarizə üçün Misirə 1,17 milyon avro yardımla yadda qalıb. Koronavirus səbəbiylə bir çox ölkələrin çempionatları, o cümlədən İngiltərə Premyer Liqası dayandırılıb. Hazırda turnirin keçirilməsi ilə bağlı bir neçə təklif irəli sürülür. Son olaraq, geridə qalan oyunların ABŞ-da azarkeş dəstəyi olmadan keçirilməsi təklif olunub.