Gənclər və İdman Nazirliyi Azərbaycanda ilin ən yaxşı idmançılarını açıqlayıb.

Offsideplus.az-ın məlumatına görə, Bədən Tərbiyəsi və İdman Akademiyasının binasında keçirilmiş tədbirdə bu ada 11 idmançı layiq görülüb.

Qalib idmançılar triatlonçu Rostislav Pevtsov  (Dünya çempionatı – I yer, Avropa Kubokunun finalı – I yer, Avropa çempionatı – III yer), atlet Nazim Babayev (Qış Avropa çempionatı – I yer, Avropa birinciliyi (23 yasa qədər idmançılar arasında) – II yer, Tələbələrin Ümumdünya Universiadası I yer), şahmatçı Teymur Rəcəbov (Dünya Kubokunun sahibi), taekvondoçu Milad Beigi Herçeqani (Dünya çempionatı - I yer), sərbəst güləşçi Hacı Əliyev (Avropa çempionatı – I yer, Avropa Oyunlarının qalibi), qadın güləşi Mariya Stadnik (Dünya çempionatı – I yer, Avropa Oyunlarının qalibi), cüdoçu Rüstəm Orucov (Dünya çempionatı – II yer, Avropa çempionatı – II yer, Avropa Oyunları – II yer), bədii gimnast Zöhrə Ağamirova (Tələbələrin Ümumdünya Universiadası II yer, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya sahibi), velosipedçi Elçin Əsədov (2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya sahibi), kikboksçu Ramal Aslanov (Dünya çempionatı – I yer), parataekvandoçu Aynur Məmmədova (Parataekvando üzrə Avropa çempionatı – I yer) olub.

Mükafatları Gənclər və İdman naziri Azad Rəhimov və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə təqdim edib..