"Real”ın futbolçusu Marselo komanda yoldaşı Qaret Beylə hədiyyə verilib. 

Offsideplus.az xəbər verir ki, braziliyalı futbolçu klub daxilində keçirilən Milad gecəsində Beylə qolf ağacı bağışlayıb. Beyl qol oynamağı çox sevir. O, zədəsini bərpa etdiyi müddətdə daim qolf meydançasında görünürdü. 
Uels yığması Avr0-2020-nin final mərhələsinə vəsiqə qazanandan sonra Beyl belə bir status paylaşmışdı: "Uels, qolf, Madrid – belə ardıcıllıqla”. Onun bu paylaşımı "kral klubu”nun fanatlarının narazılığına səbəb olmuşdu. Beyl bununla işarə etmişdi ki, qolf onun üçün "Real”dan da önəmlidir. 
Uels Futbol Federasiyası isə Beyli məyus edəcək qərar verib. Avropa Çempionatında daha yaxşı iştirak etmək üçün milli üzvlərinə hazırlıq müddətində qolfla oynamaq qadağan edilib.