Türkiyə millisinin sabiq baş məşqçisi Mirça Luçeskunun Türkiyə millisi ilə bağlı verdiyi proqnoz özünü doğruldub.

Offsideplus.az xəbər verir ki, rumıniyalı mütəxəssis püşkdən öncə “ay-ulduzlular”ın Avro-2020-də A qrupuna düşəcəyini və oyunlarını Bakıda keçirəcəyini deyib. 

Xatırladaq ki, Türkiyə millisi A qrupunda İtaliya, Uels və İsveçrə yığmaları ilə mübarizə aparacaq. “Ay-ulduzlular” çempionatın açılış oyununu Romada İtaliyaya qarşı oynayacaq, iyunun 17-də Uels, iyunun 21-də isə İsveçrə ilə Bakı Olimpiya Stadionunda qarşılaşacaq.