"Qalatasaray"ın futbolçusu Rayan Donk ötən gecə paparatsilərin hədəfinə çevirilib.

Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hollandiyalı futbolçu "Fulhem"də çıxış edən yaxın dostu və həmyerlisi Rayan Babelin həyat yoldaşı ilə İstanbulda olduqca səmimi şəkildə görünüb.
Futbolçu dostunun həyat yoldaşı ilə əyləncə məkanlarından birindən qucaqlaşmış şəkildə çıxıb. Jurnalistləri görən cütlük kameralara yaxalanmamaq üçün İstanbulun Levent bölgəsirdəki binalardan birinə girib. Jurnalistlərin qarşısını isə binanın mühafizəçiləri kəsib.