"Mançester Yunayted"in futbolçusu Markus Reşford azarkeşlərin tənqidlərinə məruz qalıb.
Offsideplus.az xəbər verir ki, İPL-nin ötən turunda "Mançester Siti"yə 0-3 hesablı məğlubiyyətdən sonra gecə klubuna yollanan hücumçu doğum gününün orada qeyd edib.
“Şəhərlilər”ə məğlubiyyətdən dərhal sonra Reşfordun belə bir addım pərəstişkarları tərəfindən mənfi qiymətkəndirilib.
Xatırladaq ki, ingiltərəli hücumçu bu mövsüm bütün turnirlərdə keçirdiyi 13 oyunda cəmi 1 qol və 3 asistlə yadda qalıb.