Aparıcı Vanda Nara və keçmiş həyat yoldaşı Maksi Lopez arasında gərginlik səngimir.
Offsideplus.az xəbər verir ki, PSJ-də çıxış edən Mauro İkardinin həyat yoldaşı və agenti olan Nara sabiq həyat yoldaşının ittihamlarını cavabsız qoymayıb.
Maksi Lopez ona İkardi ilə xəyanət edən keçmiş arvadını uşaqlarını karantin günlərində İtaliyaya apardığına görə qəzəblənmişdi:
“Heç kimin evdən çıxmamasının lazım olduğu vaxtda uşaqlarımızı bir ölkədən başqa ölkəyə aparmaqla dünyada tüğyan edən virusa qarşı mübarizədə karantin qaydalarını hansı düşüncə ilə pozduğunuz maraqlıdır. Özünüzü düşünmürsünüz, onları düşünün. 5 uşağın anasısan, ancaq bunun fərqində deyilmiş kimi davranırsan. Sən ana olduğunun fərqindəsən?”.
Argentinalı futbolçu, “Dünyadakı ən müqəddəs şeyin uşaqlarımızın sağlığı olduğu bu dönəmdə beyninizdə nə var? Məsuliyyətsizliyinizə görə çox əsəbiyəm” sözləri ilə Nara haqqında ağır ifadələr işlətmişdi.
Vanda Nara bir müddət susduqdan sonra, 3 uşağının atasının cavabını verib.
İtaliyanın məşhur jurnalı “Chi”yə açıqlamasında məsuliyyətsiz ana olmaqda ittiham edilməsinə sərt cavab verib:
“Maksi uşaqlarla birlikdə Komodan kənarda yaşadığımızı bilir. Virusun mərkəzində deyilik və uşaqları özümlə ora aparmıram. Fransada kirayələdiyimiz evin vaxtı bitdi və çıxmalıydıq. Argentinaya gedə bilərdik, ancaq mənim evim İtaliyadadır. Uşaqlara təyyarəyə minmək istəmədik və İtaliyaya gəldik. Uşaqları Mauro ilə aramızda bölüşdürərək 2 maşınla yola düşdük. Yolda dayanmadan 750 km məsafə qət etdik və 9 saat yarıma evə çatdıq. Maksi uşaqlara yaxşı baxdığıma görə mənə minnətdar olmalıdır. Məsuliyyətsiz ana deyiləm. Yola çıxmazdan əvvəl uşaq həkimi ilə də görüşmüşəm. İtaliyadakı evimdə özümü xoşbəxt və güvəndə hiss edirəm”.