"Qəbələ" klubunun və Rusiya millisinin sabiq baş məşqçisi Yuri Syomin "Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsində Budapeştdə "Ferentsvaroş"u məğlub edərək (3:1, ilk oyun - 1:1) pley-offa vəsiqə qazanmasına münasibət bildirib.

Offsideplus.az  Rusiya mətbuatına istinadən xəbər verir ki, mütəxəssis bu məsələ ilə bağlı belə deyib:

"Qarabağ"ın "Ferentsvaroş"a qalib gəlməsi təəccüblü deyil. Nəticəni gördüm. "Qarabağ" uzun illər avrokuboklarda qrup mərhələsində çıxış edib. Yalnız onu deyə bilərəm ki, "Ferentsvaroş" yaxşı komandaya uduzdu. "Qarabağ" ciddi və təcrübəli komandadır".

Xatırladaq ki, Yuri Syomin 2013/2014 mövsümündə "Qəbələ"nin baş məşqçisi olub.