"Atletiko" və "İnter"in sabiq futbolçusu Dieqo Qodinin yeni iş yeri məlum olub.

 Offsideplus.az xəbər verir ki, 36 yaşlı uruqvaylı müdafiəçis Argentina təmsilçisi "Velez Sarsfild"lə anlaşıb. Onunla 2023-cü ilin yayınadək müqavilə imzalanıb.Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Qodinin son olaraq Braziliyanın "Atletiko Mineyro" komandasında çıxış edib.