"Yuventus" PSJ-nin futbolçusu Leandro Paradesi heyətinə qatmaq istəyir.

Offsideplus.az "Tuttosport"a istinadən xəbər verir ki, "qoca sinyora" 27 yaşlı argentinalı yarımmüdafiəçini yayda heyətinə cəlb etmək niyyətindədir. Paris təmsilçisi oyunçunu satmağı düşünür.

Onun hazırkı müqaviləsi 2023-də başa çatır.

Qeyd edək ki, Parades bu mövsüm 22 matçda 1 qol və 2 məhsuldar ötürmə edib.