"Yuventus"la mövsümün sonu yollarını ayıracaq olan Paulo Dibala karyerasını İspaniyada davam etdirə bilər.
Offsideplus.az "Sport"a istinadən xəbər verir ki, Turin klubu ilə müqaviləsini uzatmayan argentinalı ulduz növbəti ildən "Barselona"da çıxış etdirmək istəyir. Artıq hücumameyilli futbolçunun meneceri Kataloniya təmsilçisi ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, 2015-ci ildən "qoca sinyora"da çıxış edən Dibala bu mövsüm 27 matçda 12 qol və 6 məhsuldar ötürmə edib.