"Mançester Yunayted" Munxenqladbax "Borussiya"sında çıxış edən Rami Bensebaini transfer etmək niyyətinədir.

 Offsideplus.az "Fichajes"ə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" 26 yaşlı əlcəzairli sol cinah müdafiəçisini heyətinə qatmaq üçün danışıqlara başlayacaq.

Bildirilib ki, Premyer Liqa nəhəngi Bensebaini Luk Şounun əvəzliyici kimi düşünür.

Qeyd edək ki, 2019-cu ildən Bundesliqa klubunda çıxış edən oyunçu bu mövsüm 14 matçda 5 qol və 2 məhsuldar ötürmə edib.