PSG yarımmüdafiəçisi Anhel Di Maria ilə yeni müqavilə barəsində ortaq məxrəcə gələ bilmir.

 Offsideplus.az “AS” nəşrinə istinadən yaydığı xəbərə görə, buna səbəb argentinalı futbolçunun klub rəhbərliyindən illik 12 milyon avro maaş tələb etməsidir. Paris klubu isə bu şərtlə müqaviləni uzatmaq fikrində deyil.

Bu səbəbdən Di Marianın mövsümün sonunda PSG-dən ayrıla biləcəyi gözlənilir.