PSJ yeni qapıçı axtarışına çıxıb.

Offsideplus.az xəbər verir ki, Paris təmsilçisi klubun hazırkı qolkiperi Canluici Donnarumma mümkün ayrılığını nəzərə alaraq heyətini yeni qapıçı ilə gücləndirmək niyyətindədir.

Belə ki, Liqa 1 klubu "Real"dan ukraynalı qapıçı Andrey Lunini və "Valensiya"dan gürcü qapıçı Georgi Mamardaşvilini transfer siyahısına daxil edib.

Daha əvvəl Donnarummanın "Mançester Siti"yə keçə biləcəyinə dair iddialar səsləndirirdi.

Xatırladaq ki, Andrey Lunin də "Real"dan ayrılmağa yaxındır. Onun "Çelsi" ilə anlaşacağı qeyd olunurdu.