PSJ "Benfika"nın yarımmüdafiəçisi Joao Neves üçün rəsmi təklif göndərib.
Offsideplus.az xəbər verir ki, futbolçunun təzminat məbləği 120 milyon avro olsa da, parislilər Portuqaliya təmsilçisi ilə razılaşacağına ümid edir.
Qeyd olunur ki, Neves özü də bu keçidə müsbət yanaşır.
Xatırladaq ki, 19 yaşlı futbolçu ilə daha əvvəl "Beşiktaş" da maraqlanırdı.
O, geridə qalan mövsümdə 55 matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Gənc oyunçunun komanda ilə 2028-ci ilin yayına qədər müqaviləsi var.