"Nottingem Forest"in yarımmüdafiəçisi Aurel Manqala daimi olaraq "Lion"un futbolçusu olub.
Offsideplus.az xəbər verir ki, ötən mövsüm yarımmüdafiəçi “Olimpik”də icarə əsasında çıxış edib.
Transferin dəyəri 23,4 milyon avro olub. “Meşəçilər” futbolçunun gələcək satışından 10% alacaqlar.
Onun "Lion"la müqaviləsi 2028-ci ilin yayına qədərdir.