Kilian Mbappe PSJ ilə bağlı qərarını rəsmən açıqlayıb.

Offsideplus.az xəbər verir ki, fransız forvard cari mövsümün sonunda klubdan gedəcəyini təsdiqləyib. Futbolçu sosial şəbəkə hesabında paylaşım edərək, PSJ azarkeşləri və klubu ilə vidalaşıb.

"Sizinlə vidalaşmaq istədim. Bu, PSJ-də son mövsümümdür, klubla müqaviləni yeniləməyəcəm. Uzun illər Fransanın ən böyük klubunda oynamaq şansım oldu. İlk öncə, komanda yoldaşlarıma, bütün baş məşqçilərimə, Unay Emeri, Tomas Tuxel, Maurisio Poçettino, Kristof Qaltye və Luis Enrikeyə təşəkkür edirəm. Klub rəhbərliyinə minnətdaram. Azarkeşlərə təşəkkürümü bildirirəm".