"Biz uşaq vaxtı futbolu betonda oynayırdıq. Bu gün isə futbol başqa bir dünyadır". 

Offsideplus.az xəbər verir ki, bu sözləri "Real Madrid"in sabiq baş məşqçisi Zinədin Zidan deyib. 

"Eyni istək olsa da, ssenari fərqlidir. Uşaqlar "PlayStation"da oynayanda "Həmişə video oyunlar oynayır", deyirlər. Lakin bu yaxşı bir şeydir. Onlar üçün gerçək kimidir, meydançadaymışsan kimi hiss etdirir. Onların idman dünyasına keçidi bu şəkildədir. Ona görə də əgər xoşlarına gəlirsə, icazə verin oynasınlar. Çünki bəzi məhəllələrdə həyat daha çətindir. Bugünkü nəslin öz yolu var", - Zizu qeyd edib.