"Feyenoord" və Türkiyə millisinin üzvü Orkun Kökçü Avropa nəhənglərinin transfer hədəfindədir.
Offsideplus.az xəbər verir ki, 22 yaşlı futbolçu ilə PSJ klubu yaxından maraqlanır. Bu barədə "Relevo" məlumat yayıb. Paris təmsilçisinin yaxın günlərdə transfer üçün danışıqlara başlayacağı gözlənilir.
PSJ-dən başqa, "Arsenal", "Mançester Yunayted", "Benfika" və bəzi Premyer Liqa klubları da yarımmüdafiəçini heyətinə cəlb etmək istəyir.
Qeyd edək ki, Kökçü cari mövsüm 39 oyuna çıxıb, 12 qol və 4 assistə imza atıb. Onun klubla sözləşməsinin müddəti 2025-ci ilin yayında başa çatacaq. Orkunun satış qiyməti 30 milyon avro məbləğindədir.