“Sevilya” klubu yarımmüdafiəçisi Roni Lopeslə yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, La Liqa təmsilçisi 26 yaşlı futbolçunu Fransanın “Trua” klubuna icarəyə verib.
Vinger 2023-cü ilin 30 iyununa kimi Liqa 1 təmsilçisinin uğurları üçün çalışacaq.
Bildirək ki, Lopes İngiltərənin “Mançester Siti” klubunun yetirməsidir.