"Zalsburq"un futbolçusu Məhəmməd Kamara "Monako"ya transfer olunub.
Offsideplus.az knyazlıq klubunun saytına istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, malili oyunçu ötən mövsüm Avstriya təmsilçisinin heyətində 10-u UEFA Çempionlar Liqasında olmaqla 36 oyuna çıxıb. O, 2019-cu ildən isə Mali millisində oynamağa başlayıb və hətta ikinci matçında yığma komandanın heyətində Çadla görüşdə qol vurmağı da bacarıb.