Münhen "Bavariya"sının keçmiş yarımmüdafiəçisi Korentin Tolisso “Lion”a qayıdacaq.

Offsideplus.az xəbər verir ki, 27 yaşlı fransalı futbolçu klubla müqavilənin şərtlərini razılaşdırıb.

Bildirək ki, Tolisso “Lion”un yetirməsidir. O, 2017-ci ilin iyulunda komandadan ayrılaraq “Bavariya"ya keçib.