Baş məşqçisi Maurisio Poçettino ilə yolları ayırmağa hazırlaşan PSJ-nin bu vəzifəyə kimi gətirəcəyi bəlli olub.

Offsideplus.az xəbər verir ki, Liqa 1 təmsilçisini Zinəddin Zidan çalışdıracaq. PSJ artıq Zidanla prinsipial razılığa gəlib.

Qeyd edək ki, Zidanın son klubu "Real" olub (2016-2018 və 2019-2021-ci illərdə). O, Madrid ilə məşqçi 3 dəfə ardıcıl Çempionlar Liqası da daxil olmaqla 11 kubok qazanıb.