"Lion" "Arsenal"da çıxış edən sabiq futbolçusu Aleksandr Lakazeti heyətinə qatmaq istəyir.
Offsideplus.az "ESPN"ə istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi 30 yaşlı fransalı hücumçunu geri qaytarmaq üçün böyük məbləğ xərcləməyə hazırdı. Adıçəkilən oyunçunun "topçular"la sözləşməsi bu yay baça çatır.
Qeyd edək ki, Lakazet 2017-ci ildə "Lion"dan 53 milyon avroya London klubuna keçmişdi. O, İngiltərə nəhəngi ilə indiyədək 193 matçda 70 qol və 33 məhsuldar ötürmə edib.