"Yuventus"un futbolçusu Artur Melo PSJ-yə keçə bilər.

Offsideplus.az xəbər verir ki, Paris təmsilçisi 25 yaşlı "sambaçı"nın keçidin də israrlıdır. Lakin Turin klubu yarımmüdafiəçinin əvəzinə paytaxt komandasından Mauro İkardi və Leandro Paradesi istəyir.

Adı çəkilən oyunçu ilə "Latsio" və digər A Seriyası klubuları da yaxından maraqlanır.

Melonun A Seriyası klubuyla müqaviləsi 2025-ci ildə başa çatır.

Qeyd edək ki, Artur 2018/2020-ci illər aralığında "Barselona"da çıxış edib.