Türkiyə millisinin və "Qalatasaray"ın gənc futbolçusu Kərəm Aktürkoğluyla bağlı yeni transfer xəbərləri yayılıb.
Offsideplus.az xəbər verir ki, ötən gün "cim-bom"la yeni müqaviləyə imza atan 23 yaşlı vingerlə Fransanın "Lyon" və "Marsel" klubları yaxından maraqlanır.
Fransa mətbuatında yayılan xəbərlərə görə, Kərəmin sərbəstqalma məbləği 30 milyon avroya qalxa bilər.
Qeyd edək ki, adıçəkilən futbolçu ötən ildən "Qalatasaray"da çıxış edir. Onun İstanbul təmsilçisiylə yeni sözləşməsinin müddəti 2026-cı ilə qədərdir.