PSJ "Real"la müqaviləsi bu gün baş çatan Serxio Ramosla transfer danışıqlarını sürətləndirib.

Offsideplus.az "L'Equipe"ə istinadən xəbər verir ki, Paris təmsilçisi 35 yaşlı müdafiəçini heyətinə qatmaqda qərarlıdır. PSJ ispaniyalı oyunçuya 1 illik müqavilə təklif etsə də, Ramos yeni klubunda ən azı iki illik sözləşmə tələb edir.

"Paris Sen-Jermen"in Serxio ilə 1+1 illik müqavilə bağlayacağı gözlənilir.