PSJ-nin ulduzu Kilian Mbappe İngiltərə futbolu ilə yaxından maraqlanır.

Bu barədə başqa adam yox, fransız futbolçunun vaxtilə "Tottenhem"i çalışdırmış baş məşqçisi Maurisio Poçettino məlumat verib.

Offsideplus.az argentinalı mütəxəssisin "The Guardian"a açıqlamasını təqdim edir: "Kilian futbol barədə danışmağı sevir. O məndən tez-tez İngiltərədəki oyun, mentalitet və mədəniyyət haqda soruşur. 22 yaşı olmasına baxmayaraq, kifayət qədər böyüyüb və ən əsası, öz bacarığına güvənir. Əsasən fransı dilində danışır, amma ingiliscəsi və ispancası da var. Sanki müxtəlif dillərdə danışmağı xoşlayır".

Qeyd edək ki, Mbappenin adı "Real" və "Mançester Siti" ilə yanaşı hallanır.