PSJ-nin yarımmüdafiəçisi Anhel Di Mariya karyerasını yenidən La Liqada davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, Paris klubu argentinalı futbolçunu "Atletiko"ya təklif edib. Ancaq Madrid təmsilçisi qarşı tərəfə hələlik rəsmi cavab verməyib. Onlar bildiriblər ki, yalnız Antuan Qrizmannın gedişindən sonra Di Mariyanın transfer məsələsi müzakirə oluna bilər.
Qeyd edək ki, 2010-2014-cü illərdə "Real"ın şərəfini qoruyan Di Mariya 2015-ci ildən PSJ-də çıxış edir.