PSJ klubu Çempionlar Liqasının 1/8 finalında "Barselona" ilə oyuna ciddi itki ilə çıxacaq.

Offsideplus.az xəbər verir ki, Paris təmsilçisinin argentinalı ulduzu Anxel Di Mariya görüşdə forma geyinə bilməyəcək. Bu barədə klubun baş məşqçisi Maurisio Poçettino məlumat verib.

Yarımmüdafiəçi zədəli olduğu üçün matçın işirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, "Barselona" - PSJ oyunu fevralın 16-da keçiriləcək.