Dünən Fransa 1-ci Liqasında PSJ - "Nim" qarşılaşması (3:0) baş tutub.
Offsideplus.az xəbər verir ki, oyundan sonra Anxel di Mariya bəzi açıqlamalar verib. 32 yaşlı hücumameyilli yarımmüdafiəçi "Barselona"nın ulduzu Lionel Messinin PSJ-yə mümkün keçidi barədə bu sözləri deyib:
"Bəli, ümid edirəm ki, keçid baş tutar. Bir çox imkanlar var. Sakitləşməliyik və işlər öz yolunda davam edəcək".
"Qranada" səfərindən (3:5) sonra mətbuat konfransı keçirən "katalonlar"ın baş məşqçisi Ronald Kuman bu sözlərə əsəbləşib:
"Bu məncə, hörmətsizlikdir. Belə bir şey demək doğru deyil, xüsusilə də qarşıdan Çempionlar Liqası oyunları gəlirsə. Ədalətli deyil və bizim olan oyunçu barədə danışmağın hörmətsizlik olduğunu düşünürəm".