Fransanın PSJ klubunun baş məşqçi Tomas Tuxeli istefaya göndərdiyi barədə xəbər vermişdik.
Offsideplus.az xəbər verir ki, Paris təmsilçisinin yeni baş məşqçisinin Maurisio Poçettino olacağına dair iddialar yayılıb.
Hazırda PSJ rəhbərliyi Tuxelin nümayəndələri ilə danışıqlar apararaq müqaviləyə xitam verilməsini müzakirə edir. Müqavilə pozulduqdan sonra Poçettinonun yaxın müddətdə Fransa klubunun “sükanı arxası”na keçəcəyi gözlənilir.