“Dijon” klubunda çıxış edən Floren Balmont karyerasını bitirib.
Offsideplus.az xəbər verir ki, bu barədə 40 yaşlı yarımmüdafiəçi özü məlumat verib.
Balmont, Liqa 1-də mövsümün dayandırılmasından sonra karyerasını bitirdiyini açıqlayıb.
Qeyd edək ki, “Lion”un yetirməsi olan Balmont, karyerası ərzində “Tuluza”, “Nitsa”, “Lill” və “Dijon”da çıxış edib.