PSJ-nin iki önəmli futbolçusu Fransa Liqasının 25-ci turunda “Tuluza” ilə oyunu buraxacaq.
Offsideplus.az xəbər verir ki, söhbət Edinson Kavani və Leyvin Kurzavadan gedir.
Hər iki oyunçunun adı sözügedən qarşılaşma üçün iştirak ərizəsinə daxil edilməyib. Buna səbəb onların zədəli olmasıdır.
Qeyd edək ki, “Tuluza” - PSJ görüşü sabah keçiriləcək.