PSJ-nin futbolçusu Anhel di Maria "Barselona"ya keçidinin baş tutmaması haqda danışıb.
Offsideplus.az xəbər verir ki, Bu barədə o, TyC Sports nəşrinə açıqlamasında bildirib.
Onun sözlərinə görə "Barselona"ya keçidi böyük ölçüdə həll olunmuşdu. Yayda "Barselona" klubu Koutinyo əvəzinə Anhel di Maria transferini düşünürdü. Lakin, argentinalı futbolçu keçidin baş tutmamasından narahat deyil: "Həqiqətən "Barselona"ya keçirdim. Ancaq alınmadı. Buna baxmayaraq, 2018-ci ilə yaxşı notlarda başladım. Hazırda burda olmaqdan xoşbəxtəm. Mənə qol vurmaqdan çox, assist etmək xoşdu"
PSJ Fransa Kubokunun matçında "Soşo"ya qarşı matçda 2010-cu ildən sonra ilk dəfə het-trik edib.