Barcelona müdafiə xəttini gücləndirmək üçün yollar axtarır.

Offsideplus.az xəbər verir ki, Kataloniya klubu zədəli Samuel Umtiti və Tomas Vermalen problemini həll etməyə çalışır. Klubun transfer siyahısında Chelsea-dan David Luis və Arsenal-dan Loran Koselni yer alıb. Əsas namizəd bu iki müdafiəçi sayılır. Əvvəllər Medxi Benati (Juventus), Pepe ( Beşiktaş) və Raul Albiolun (Napoli) da adı çəkilirdi. Barcelona transferləri qışda həyata keçirməyi nəzərdə tutur.