Antonino Kontenin Real-a keçidinin baş tutmamasının səbəbi bəlli olub.

Offsideplus.az  xəbər verir ki, “kral klubu”nun keçmiş prezidenti Ramon Kalderon bunun səbəbini açıqlayıb:

“Xulen Lopeteqinin istefasından sonra əsas namizəd Konte sayılırdı. Danışıqlar alınmadı. Konte 3 illik müqavilə və transfer məsələsində sərbəstlik tələb edirdi. Öz adamlarından 5 nəfəri kluba gətirmək istəyirdi. Peres bu şərtlərə razı ola bilməzdi. Düşünürəm ki, Konte Madridin tələblərinə cavab verən məşqçi deyil. Müdafiə oyununa üstünlük verir. Əks-hücumlarda qol vurmağı daha məqbul sayır. İş üslubu Joze Mourinyo ilə oxşardır. Real-a isə belə məşqçi lazım deyil”.