İspaniya çempionatında yeni mükafat təsis olunacaq.
Offsideplus.az xəbər verir ki, qarşıdakı illərdə mövsümün ən yaxşı futbolçusuna Lionel Messi Kuboku təqdim oluna bilər. Bu barədə La Liqanın prezidenti Xavier Tebas məlumat verib. Argentinalını dünyanın ən yaxşısı hesab edən və ideyanı dəstəkləyən futbol funksioneri "Barcelona"lı superulduzun adını əbədiləşdirmək üçün gələcəkdə bu addımı ata biləcəklərini istisna etməyib. (qol.az)