Real-ın keçmiş direktoru Xorxe Valdano “el-klassiko”da zəif oyuna görə Qaret Beyli tənqid edib.

 

Valdano deyib ki, Beylin oyunu 2013-cü ildə onun transferinə xərclənən külli miqdarda vəsaitə uyğun deyil.

Offsideplus.az xəbər verir ki, tənqidi futbolçunun agenti Conatan Barnet cavablandırıb: “Məntiqsiz sözlərdir. Ciddi qəbul edilə bilməz. Təkcə Beyl deyil, bütün komanda oynayıb və uduzub”.

Xatırladaq ki, “kral klubu” futbolçunun keçidi üçün Tottenham-a 100 milyon avro ödəyib. Hücumçu bu mövsüm İspaniya çempionatında keçirdiyi 9 matçda 3 qol vurub.