"Sky Sport İtalia"nın jurnalist Covanni Qvardala Antonio Kontenin "Real"ın baş məşqçi vəzifəsinə mümkün keçidini şərh edib.

Offsideplus.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, italiyalı mütəxəssisin Londona qayıdacağını iddia edib: "Konte məzuniyyətdən sonra Londona qayıdacaq. "Real"ın onu komandaya dəvət edəcəyi barədə şayiələr var. Amma Kontenin "Mançester Yunayted" xoşuna gəlir. Orada Poqba kimi futbolçu var. Əvvəl onunla " Yuventus"da işləyib. Həmçinin o, həmişə Sançes, Herrera və Lukaku ilə müqavilə imzalanmağını istəyib".

 O, hazırda "Real"a heç bir şeyin həll olunmadığını da vurğulayıb.

Qeyd edək ki, "Real"ın Konte ilə müqavilənin detalları barədə razılığa gələ bilmədiyi iddia olunur. (qol.az)