Xulen Lopeteqi Real-da baş məşqçi vəzifəsindən istefaya göndərildikdən sonra ilk açıqlamasını verib.
Offsideplus.az xəbər verir ki, o son açıqlamasında futbolçulara, rəhbərliyə və azarkeşlərə təşəkkür edib: "Mənə verilmiş bu imkan görə kluba təşəkkür edirəm. Oyunçulara, klub rəhbərliyinə təşəkkürümü bildirirəm. Əlbəttə, azarkeşlərə də dəstəklərinə görə minnətdaram. Mövsümün qalan hissəsində komandaya uğurlar arzulayıram".
Qeyd edək ki, komandanın bu mövsüm uğursuz çıxışı səbəbindən Lopeteqi istefaya göndərilib.